Daxili İşlər Nazirliyinin şöbə rəisi rüşvətə görə həbs olundu
Dünya
82
20:09, Bu gün

Daxili İşlər Nazirliyinin şöbə rəisi rüşvətə görə həbs olundu

Rusiyanın Krasnoyarsk şəhərində Daxili İşlər Nazirliyinin regional baş idarəsinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin şöbə rəisi həbs edilib.
 
Yerli media bildirir ki, istintaqın versiyasına görə, 2021-ci ildə vəzifəli şəxs rüşvət olaraq, 200 min rubl (təxminən 4258 manat) və “iPhone 11” markalı smartfon alıb. Pulu yerli sahibkar barəsində operativ-axtarış tədbirlərinin aparılmasından imtina edilməsi qarşılığında polis əməkdaşına verib.
 
Məhkəmə polis əməkdaşının iki ay müddətinə, 18 yanvar 2026-cı ilədək həbsdə saxlanılması barədə qərar qəbul edib. Təqsirləndirilən şəxs Krasnoyarskdakı təcridxanada saxlanılacaq.
 
Polis əməkdaşı artıq vəzifəsindən kənarlaşdırılıb. Günahı təsdiqlənəcəyi halda o, mənfi əsaslarla orqanlardan xaric ediləcək və bundan sonra cinayət məsuliyyətinə cəlb olunacaq. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər