Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) biznesmen Timur Mindiçi və onun baş maliyyəçisi Aleksandr Sukermanı axtarışa verib.
Moderator.az xəbər verir ki, bu barədə xəbər Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasında əks olunub.
Bildirilir ki, Mindiç və Sukerman noyabrın 20-dən itkin düşmüş hesab edilirlər. Onların adları "məhkəməyə qədər istintaq orqanlarından gizlənən şəxslər" bölməsində qeyd edilib.
UMAB noyabrın 10-da energetika sektorunda xüsusi əməliyyat barədə məlumat verib. Əməliyyat zamanı xarici valyuta dolu çantalar aşkar edilib. Keçmiş energetika naziri və hazırkı ədliyyə naziri Herman Qaluşşenkonun evində, habelə "Energoatom" şirkətinin ofislərində axtarışlar aparılıb. Bundan başqa, güc strukturları ölkəni tərk etməyə macal tapmış Mindiçin də evində axtarış aparıblar.
İstintaq zamanı UMAB Mindiçin "Karlson", işin digər iştirakçılarının isə "Tenor" və "Roket" kimi qeyd olunduqları audioyazıların fraqmentlərini açıqlayıb. Noyabrın 11-də Mindiç və Ukrayna baş nazirinin sabiq müavini Aleksey Çernışov da daxil olmaqla yeddi şübhəli şəxsə qarşı ittihamlar irəli sürülüb.
Volodimir Zelenski noyabrın 13-də Mindiçə və onun maliyyəçisi Sukermana qarşı sanksiyalar tətbiq edib.