Tramp Ukrayna sülh planı üzrə yeni xüsusi nümayəndə təyin etdi
Dünya
46
15:34, Bu gün

Tramp Ukrayna sülh planı üzrə yeni xüsusi nümayəndə təyin etdi

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoyulması üçün sülh planının təşviqi üçün ABŞ-nin ordu naziri Den Driskollu yeni xüsusi nümayəndəsi təyin edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
Məlumata görə, ABŞ hərbi məmurlarından - bir qrup ABŞ generalından ibarət nümayəndə heyəti gələn həftənin sonunda Moskvaya səfər etməyi planlaşdırır.
 
Səfərin məqsədi ABŞ sülh planının təfərrüatını birbaşa Kreml nümayəndələri ilə müzakirə etməkdir.
 
Məlumata görə, Driskoll ABŞ vitse-prezidenti Cey Dİ Vensin dostu və keçmiş sinif yoldaşıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər