Maduro mühafizəsini gücləndirdi-ABŞ sui-qəsd planı hazırlayıb?
Dünya
50
13:30, Bu gün

Maduro mühafizəsini gücləndirdi-ABŞ sui-qəsd planı hazırlayıb?

Venesuela Prezidenti Nikolas Maduro Karib dənizində ABŞ hərbi qüvvələrinin sayının artması xəbərləri fonunda özünün təhlükəsizlik tədbirlərini gücləndirib.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.

Məqalə müəllifi qeyd edib ki, Maduro son zamanlar əvvəlki dövrlə müqayisədə xeyli qısaldılmış və əvvəlcədən elan edilməmiş cədvəl üzrə ictimai çıxışlar edir.

Venesuelanın hərbi analitiki Xose Qarsiyanın "Financial Times"ə verdiyi məlumata görə, prezident həmçinin yüzlərlə insanın onun çıxışlarına qatılmasında maraqlı olduğunu göstərir. Belə olan halda, ABŞ qüvvələri əvvəlcə bir neçə nəfəri vurmadan ona hücum edə bilməyəcək. Maraqlıdır ki, bu tədbirdə ölkə rəhbərliyinin iştirakı, yüksək rütbəli məmurların qatılması təmin edilmir.

Qəzetin mənbələri onu da iddia ediblər ki, Maduronun şəxsi təhlükəsizlik işçiləri hazırda əsasən kubalılardan ibarətdir. Çünki hakimiyyət orqanları Venesuela təhlükəsizlik qüvvələrində çalışanların ölkənin iqtisadi böhranı və inflyasiya fonunda daha əvvəlki kimi tam sadiq qalmayacaqlarından narahatdırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər