11:56
16°C
Bakı
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles limanında konteyner gəmisində güclü yanğın baş verib.
Moderator.az-ın xəbərinə görə, bu barədə şəhər meri Karen Bass öz "X" hesabında məlumat verib.
"Şəhərin xidməti qurumları Los-Anceles limanında konteyner gəmisində elektrik problemləri səbəbindən baş vermiş yanğınla mübarizə aparırlar. Təcili yardım xidmətləri hadisə yerindədir, 100-dən çox yanğınsöndürən alovu ram etməyə çalışır, liman polisi ekipajın təhlükəsizliyinin təmin edilməsinə kömək edir", - deyə o yazıb.
Şəhər yanğınsöndürmə xidmətinin məlumatına görə, alovlanmadan sonra gəminin göyərtəsində partlayış qeydə alınıb.
Son məlumata görə, ekipajın bütün üzvləri gəmidən təxliyə ediliblər. Onlar xəsarət almayıblar.