11:36
15°C
Bakı
Banqladeşin paytaxtı Dakkada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 300-dən çox insan yaralanıb.
Moderator.az xəbər verir ki , bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.
Yaralılar şəhərin müxtəlif rayonlarındakı xəstəxanalarda müalicə olunurlar.
Bundan əlavə, bir neçə yaşayış binasının uçması halları da qeydə alınıb.
Qeyd edək ki, Banqladeşin paytaxtında ötən gün səhər saatlarında 5,7 maqnitudalı zəlzələ olub.