ABŞ-də atışma olub, xəsarət alanlar var
Dünya
39
09:28, Bu gün

ABŞ-də atışma olub, xəsarət alanlar var

ABŞ-nin Şimali Karolina ştatının Konkord şəhərində keçirilən Milad ağacının işıqlandırılması mərasimi silahlı insidentlə dayandırılıb.

Moderator.az- ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları feysbukda bildiriblər.

Hadisə cümə günü yerli vaxtla təxminən saat 19:30-da (Bakı vaxtı ilə səhər 4:30) baş verib. Tədbirin qalan hissəsi ləğv edilib və izləyicilərdən dərhal şəhərin mərkəzini tərk etmələri xahiş olunub.

Hadisə nəticəsində dörd nəfər güllə xəsarəti alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Digər təfərrüatlar açıqlanmır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər