23:41
12°C
Bakı
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Baltik ölkələri öz Hərbi Hava Qüvvələrini yaratmağı planlaşdırmır.
Moderator.az xəbər verir ki, Tsahkna bunu Almaniya qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, belə layihə həm baha başa gəlir, həm də NATO müttəfiqləri artıq regionun hava məkanının təhlükəsizliyini təmin edir.