Putin:
Dünya
64
23:10, Bu gün

Putin: "Rusiya danışıqlara hazırdır"

Rusiyanı cəbhə xəttindəki mövcud vəziyyət qane etsə də, o, sülh danışıqlarına hazırdır.

Moderator.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Trampın Ukraynada nizamlanma ilə bağlı sülh planı Ankoricdəki görüşdən əvvəl də müzakirə olunub:

"Alyaskadakı danışıqlar zamanı Rusiyanın bütün çətinliklərə baxmayaraq, Amerika təklifləri ilə razılaşdığı və "çeviklik göstərməyə hazır olduğu" təsdiqlənib. Alyaska danışıqlarından sonra ABŞ tərəfi Ukraynanın Trampın sülh planını faktiki olaraq rədd etməsi səbəbindən fasilə verib.
Bundan sonra 28 maddəlik planın yeni versiyası dərc edilib. Rusiya sənədin mətnini ABŞ administrasiyası ilə əlaqə kanalları vasitəsilə alıb. Bu plan yekun sülh nizamlanması üçün əsas təşkil edə bilər, lakin bu sənəd ABŞ Ukraynanın razılığını əldə edə bilmədiyi üçün Rusiya ilə ətraflı müzakirə olunmur".

Putin vurğulayıb ki Ukrayna və onun Avropa müttəfiqləri hələ də xəyalpərəstdirlər və döyüş meydanında Rusiyanı strateji məğlubiyyətə uğratmaq arzusundadırlar.

"Bu mövqe, çox güman ki, cəbhədəki real vəziyyət haqqında obyektiv məlumatın olmaması ilə bağlıdır. Nə Ukrayna, nə də Avropa bunun nəyə gətirib çıxara biləcəyini başa düşür".

Rusiya prezidenti qeyd edib ki, əgər Kiyev Trampın təkliflərini müzakirə etməkdən imtina edərsə, həm Ukrayna, həm də "Avropa müharibə qızışdırıcıları" Kupyanskdakı hadisələrin qaçılmaz olaraq cəbhənin digər hissələrində təkrarlanacağını başa düşməlidirlər:

Ümumilikdə, Rusiya cəbhədəki vəziyyətdən məmnundur, ölkə hərbi yolla xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq istiqamətində irəliləyir. Rusiya sülh danışıqlarına hazırdır, lakin bunun üçün təklif olunan planın bütün detallarının əsaslı müzakirəsi tələb olunur", - deyə Putin yekunlaşdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər