Kaya Kallas:
Dünya
52
20:10, Bu gün

Kaya Kallas: "Rusiya onun üçün ağrılı məsələlərin həllini uzatmağa çalışır"

Moskva Rusiyaya qarşı sanksiyaların təxirə salınmasına, həmçinin hazırda müzakirə olunan reparasiya krediti məsələsinin həllinin gecikdirilməsinə çalışır.

Moderator.az-ın məlumatına görə, bunu Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Hind-Sakit okean regionu ölkələri ilə nazirlər forumundan sonra bildirib.

"Bu gün ABŞ-nin Rusiyaya qarşı sanksiyaları qüvvəyə minir. Ümid edirəm ki, onların təxirə salınması barədə qərar qəbul edilməyəcək, çünki Moskva məhz bunu istəyir. Həmçinin Rusiya reparasiya krediti məsələsinin müzakirəsini təxirə salmağımızı, onun dondurulmuş aktivlərinin Ukraynanın maraqları üçün istifadə edilməməsini istəyir", - K.Kallas bildirib.

Onun sözlərinə görə, Hind-Sakit okean regionu üzrə tərəfdaşlarla birlikdə bu tələyə düşməmək üçün qətiyyətli olmaq lazımdır.

"Bundan başqa, biz Avropada təhlükəsizliklə bağlı vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və bunun Hind-Sakit okean regionunun təhlükəsizliyini və beynəlxalq nizamı necə təhdid etdiyini müzakirə etdik", - Avropa diplomatiyasının rəhbəri deyib.

K.Kallas qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Həm Aİ-nin, həm də Ukraynanın sülhə can atmasına baxmayaraq, müəyyən elementlər lazımdır.

"Əgər təcavüzə güzəştə getsək, bu, daha böyük təcavüzə gətirib çıxaracaq. Bu, təkcə Avropada bizim üçün deyil, həm də Hind-Sakit okean regionundakı tərəfdaşlarımız üçün təhlükəlidir, çünki qonşularının ərazilərinə göz dikə bilənlər bunun normal olduğu qənaətinə gələcəklər. Bu, hamı üçün çox təhlükəlidir", - o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər