Londondan sərt mesaj:
Dünya
76
19:20, Bu gün

Londondan sərt mesaj: "Biz geri çəkilməyəcəyik" - BBC

"Rusiya ilə yeni gərginlik fonunda Britaniya ordusunun Ukraynaya göndərilməsi planları gündəmdədir..."

Böyük Britaniya müdafiə naziri Con Hili Rusiyanın "Yantar" kəşfiyyat gəmisinin Britaniya hərbi pilotlarına lazer yönəltdiyini təsdiqləyib və bunu "son dərəcə təhlükəli eskalasiya" adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.

Rusiyanın lazer təxribatı

Məlumatda deyilir ki, hdisə Şotlandiyanın şimalında, gəminin ardıcıl ikinci dəfə Britaniya sularına girişindən sonra baş verib. Hili açıq mesaj verib: "Biz sizi görürük, nə etdiyinizi bilirik. "Yantar" bu həftə cənuba hərəkət etsə, hazırıq". Nazir bildirib ki, lazer insidenti Britaniya hərbi gəmilərinin və "Poseydon P-8" patrul təyyarələrinin müşayiəti zamanı baş verib.

O, həmçinin Kral Donanmasının qaydalarını dəyişib ki, Britaniya gəmiləri "Yantar"ı sahilə daha yaxın məsafədə izləyə bilsin. London Rusiyanın bu gəmini güya "elmi araşdırma" adı ilə istifadə etdiyini iddia etsə də, Qərb onu sualtı rabitə kabellərini xəritələşdirmək və sabotaj əməliyyatları üçün hazırlanmış hərbi aktiv hesab edir.

Moskvanın səfirliyi isə cavab açıqlamasında Britaniyanı "rusofob isteriya" yaratmaqda suçlayıb və bildirib ki, Rusiya heç bir Britaniya infrastrukturunda maraqlı deyil. Amma Britaniya parlamentinin təhlükəsizlik komitəsinin üzvləri xəbərdarlıq edir: "Bu, Rusiyanın real və birbaşa təhlükə olduğunun daha bir sübutudur".

Britaniya qoşunları Ukraynaya göndəriləcək 

"Bloomberg" nəşri yazır ki, London təkcə Baltikdə müşahidə ilə kifayətlənmir - Böyük Britaniya Ukraynaya qoşun göndərmək planlarını yeniləyib. Con Hili bildirib ki, bu planlar "İstəklilər koalisiya" çərçivəsində hazırlanıb və lazım olduğu halda Britaniya ordusu Ukraynaya müharibədən sonra yerləşdirilə bilər: "Sülh gələn gün hazır olacağıq".

Planlara aşağıdakılar daxildir:

- Britaniya zabitinin rəhbərliyi altında koordinasiya qərargahı;

- Logistika, silahlanma və təlim ekspertləri;

- Ukraynanın hava məkanının patrulları;

- Qara dənizdə mina təmizləmə və liman təhlükəsizliyinin təmin edilməsi.

London ilkin xərclər üçün 130 milyon dollar ayırıb. Lakin vacib nüans var: ABŞ-ın təklif etdiyi sülh planında bir maddə var - NATO qoşunlarının Ukraynada yerləşdirilməməsi. Buna baxmayaraq Avropa liderləri öz fərqli sülh konsepsiyasını hazırlayır və Kiyevi razı salmağa çalışır.

Rusiyanın lazer insidenti, Britaniyanın sərt cavabı və Ukraynaya mümkün qoşun göndərmə planları göstərir ki, Avropa təhlükəsizlik arxitekturası yenidən formalaşır. Vladimir Putinə göndərilən mesaj isə açıqdır: "Biz geri çəkilməyəcəyik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər