19:31
14°C
Bakı
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ vitse-prezidenti Ceyms Devid Venslə Vaşinqtonun təklif etdiyi sülh planını müzakirə edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid “X” hesabında bildirib.
Qeyd edək ki, beynəlxalq media ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün 28 maddədən ibarət sülh planı işləyib-hazırladığı barədə yazılar dərc edir. Rəsmi Moskva isə ABŞ-dan sözügedən plan haqqında heç bir məlumat almadığını bildirib.