Türkiyə parlamentinin komissiyası İmralı həbsxanasında Öcalanla görüşəcək
Dünya
141
18:00, Bu gün

Türkiyə parlamentinin komissiyası İmralı həbsxanasında Öcalanla görüşəcək

“Terrorsuz Türkiyə” təşəbbüsünü həyata keçirmək üçün yaradılmış parlament komissiyası İmralı adasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək qərarına gəlib.

Moderator.az NTV-yə istinadən xəbər verir ki, İmralıya getmək qərarı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının iclasında qəbul edilib. Komissiyanın tərkibində yaradılacaq nümayəndə heyəti İmralı adasında terror təşkilatının lideri Abdullah Öcalanla görüşəcək.

Komissiyanın qərarı səs çoxluğu ilə qəbul edilib. Görüşdə iştirak etməyəcəyini açıqlayan Cümhuriyyət Xalq Partiyasının (CHP) səsverməyə qatılmayıb.

AK Partiya, MHP və DEM partiyaları lehinə səs verib, Yeni Yol bitərəf qalıb.

Demokrat Partiyası, DSP və HÜDA-PAR təklifin əleyhinə səs verib.

Nümayəndə heyətinin yaxın günlərdə İmralı adasına səfəri gözlənilir.

Tərəflər görüşdə iştirak edəcək şəxslərin adlarını parlamentin sədrliyinə təqdim edəcəklər, eyni zamanda, görüş üçün Ədliyyə Nazirliyindən icazə alınacaq.

MHP-nin sədr müavini Feti Yıldız İmralı səfərinə qatılacağını açıqlayıb.

Demokrat Partiyasından (DEM) Gülistan Koçyiğit də heyətdə yer alacaq.

 

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK liderinin çağırışından sonra bir qrup təşkilat üzvü Süleymaniyyədə tərksilah olub.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Link kopyalandı!
Son xəbərlər