Trampla Putin Budapeştdə görüşəcəklər?
Dünya
260
17:40, Bu gün

Trampla Putin Budapeştdə görüşəcəklər?

"Macarıstan hökuməti ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında növbəti görüşün Budapeştdə keçiriləcəyi barədə təsdiq alıb".

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsselə işgüzar səfərinin yekununda jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqtonda ABŞ-nin dövlət katibi Marko Rubio və Minskdə keçirilən beynəlxalq konfrans çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla son danışıqlar zamanı o, Rusiya-ABŞ sammitinin, planlaşdırıldığı kimi, Macarıstanın paytaxtında keçiriləcəyinə dair zəmanət alıb.

"Sammitin Budapeştdə keçiriləcəyinə heç kim şübhə etmirdi. Hamı bunu təsdiqlədi", - deyə Siyarto mətbuat konfransında bildirib.

O, Ukraynadakı münaqişənin nizamlanması məqsədilə ABŞ və Rusiya liderləri arasında görüş barədə ilkin razılaşmanın vacibliyini vurğulayıb.

"ABŞ-lilər və ruslar arasında təmas nöqtələrinin olması vacibdir, məsələn, bu saziş kimi. Bu, həm də Avropa İttifaqının özünü təcrid etdiyini göstərir, lakin Mərkəzi Avropada kiçik bir ölkə olan Macarıstan sülh maraqları naminə Şərq və Qərbdəki əsas qlobal siyasi oyunçularla əməkdaşlığı davam etdirməyə qadirdir", - deyə nazir əlavə edib.

Link kopyalandı!
Son xəbərlər