Bizi sosial şəbəkələrdən izləyin:
Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə dair sülh planını yüksək qiymətləndirib.
Moderator.az xəbər verir ki, Macarıstanın baş naziri bu barə "Facebook" hesabında yazıb.
"28 bənddən ibarət sülh planı danışıqlar masasındadır, Amerika nümayəndə heyəti Kiyevdədir və bütün dünyada böyük gözləntilər var... Biz macarların da bu barədə deyəcəkləri söz var. Həqiqət anı gəlib çatıb ", - Orban deyib.
Orban Vaşinqton və Brüsselin siyasətləri arasındakı ziddiyyəti də qeyd edib. Ağ Ev Ukrayna münaqişəsini həll etməyə çalışsa da, Aİ rəhbərliyi münaqişəni davam etdirmək üçün Kiyevə sponsorluq etməkdə davam etmək niyyətindədir.