Dünya
141
11:48, Bu gün

"The Wall Street Journal": Kiyev ABŞ-nin planında bir maddəni dəyişdirib

Ukrayna ABŞ-nin internetdə dərc olunmuş plan layihəsinə dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri yüksəkvəzifəli ABŞ rəsmisinə istinadla yazıb.
 
Onun sözlərinə görə, maddələrdən birində Ukraynanın aldığı bütün beynəlxalq yardımların auditinin keçirilməsinə çağırış var idi və bu da mümkün korrupsiyanın ifşası istiqamətində atılmış aşkar addım idi. Lakin planın dərc olunmuş versiyasında bu ifadə dəyişdirilib, indi orada bütün tərəflərin "müharibə zamanı öz əməllərinə görə tam amnistiya" alacaqları deyilir.
 
Ali Radanın deputatı Aleksey Qonçarenko noyabrın 20-də axşam saatlarında münaqişənin həlli üçün ABŞ-nin 28 maddəlik plan layihəsini Ukrayna dilində açıqlayıb. Bu versiyada 26-cı maddə belə göstərilir:
 
"Bu münaqişədə iştirak edən bütün tərəflər müharibə zamanı törədilmiş əməllərə görə tam amnistiya alacaqlar və gələcəkdə iddialar irəli sürülməyəcəyinə və şikayətlərə baxılmayacağına razılaşacaqlar".
Link kopyalandı!
Son xəbərlər