11:47
17°C
Bakı
Banqladeşdə 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri, təxminən, 337 min əhalisi olan Tonqa şəhərindən 23 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və itki barədə məlumat yoxdur.