Məşhur aktyor Kevin Speysi evsiz qalıb
Dünya
45
08:25, Bu gün

Məşhur aktyor Kevin Speysi evsiz qalıb

Amerikalı aktyor Kevin Speysi Britaniyanın cinsi təcavüz qalmaqallarından sonra evsiz qaldığını bildirib.
 
Moderator.az xəbər verir ki, kino ulduzu bu barədə "The Telegraph" qəzetinə verdiyi müsahibədə danışıb.
 
"Mən hotellərdə yaşayıram, kirayə evlərdə qalır və iş olan hər yerə səyahət edirəm. Sözün əsl mənasında evim yoxdur", - deyə aktyor bildirib və əlavə edib ki, bir vaxtlar borc üzündən iflasa yaxın olub.
 
Qəzetin məlumatına görə, hazırda Speysi Kiprdəki Monte-Kaputo gecə klubunda aparıcı kimi çalışır.
 
Xatırladaq ki, Kevin Speysi aktyor və rejissor, iki "Oskar" mükafatı laureatıdır. 2017-ci ildə Entoni Rapp adlı şəxs onu təxminən 30 il əvvəl baş vermiş cinsi istismarda ittiham edib. Oxşar ittihamlar daha sonra onlarla digər insan tərəfindən irəli sürülüb. Qalmaqal Speysini işsiz qoyub.
Link kopyalandı!
Son xəbərlər