Livanın ən böyük narkotaciri həbs edildi
Dünya
355
20 Nov 2025 | 22:30

Livanın ən böyük narkotaciri həbs edildi

Livan ordusu, ölkənin ən böyük narkotik taciri kimi tanınan Nuh Zayterin həbsi ilə nəticələnən əməliyyat keçirib.

Bu barədə Livanın "Al Jadeed" televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Zayter Livanın şərqində yerləşən Bekaa vadisi bölgəsində narkotik istehsalı və qanunsuz dövriyyəsi ilə məşğul olan böyük bir şəbəkəyə rəhbərlik edən, ölkənin ən təhlükəli və nüfuzlu cinayətkarlarından biridir.

Zayter silahlı qruplar üzərində nəzarəti və bölgədəki təsiri sayəsində uzun müddət həbsdən yayına bilib.

Bəzi media orqanları onun fəaliyyətinin müxtəlif siyasi qüvvələrlə əlaqəli olduğunu iddia edirlər. Livan hərbi məhkəməsi daha əvvəl Zayteri narkotik və silah qaçaqmalçılığı, eləcə də silahlı münaqişələrdə iştirak etdiyi üçün qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

Livanın ən böyük narkotaciri həbs edildi

Link kopyalandı!
Son xəbərlər