03:10
14°C
Bakı
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim konfransında yanğın baş verib, rəsmi tədbirlərin keçirildiyi binalardan biri alovlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Braziliyanın turizm naziri Selso Sabinuya istinadla "G1" portalı məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alan yoxdur, vəziyyət nəzarət altındadır. Hadisə yerində olan konfrans iştirakçıları təxliyə edilib.
COP30 iqlim konfransı Braziliyanın Para ştatının şimalında yerləşən Belem şəhərində 10–21 noyabr tarixlərində keçirilir.