İspaniyada görünməmiş qərar: Baş prokurora vəzifə tutmaq qadağan edildi
Dünya
252
20 Nov 2025 | 21:50

İspaniyada görünməmiş qərar: Baş prokurora vəzifə tutmaq qadağan edildi

İspaniya Ali Məhkəməsi ölkənin baş prokuroru Alvaro Qarsiya Ortizi məxfi məlumatları açıqlamaqda günahkar bilib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

2022-ci ilin avqust ayından bəri İspaniyanın baş prokuroru vəzifəsində çalışan Qarsiya Ortiz cari ilin iyun ayından bəri istintaq altındadır. O, iş adamı Alberto Qonsales Amadora qarşı məhkəmə istintaqı üzrə şəxsi məlumatları mətbuata sızdırmaqda günahlandırılır.

İspaniya Ali Məhkəməsi görünməmiş bir qərarla Qarsiya Ortizi iki il müddətinə vəzifə tutmaq hüququndan məhrum edib, toplam 17300 avro cərimə və təzminat cəzası kəsib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər