Rusiya sanksiyalarla kreativ mübarizə aparır - Kallas
Dünya
375
20 Nov 2025 | 21:10

Rusiya sanksiyalarla kreativ mübarizə aparır - Kallas

Rusiya Avropa Birliyinin (AB) neft sanksiyalarına çox yaradıcı şəkildə müqavimət göstərir və buna görə də AB Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaların tətbiqini sürətləndirmək niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə AB xarici işlər naziri Kaya Kallas deyib.

"Rusiya sanksiyalardan yayınmaqda çox kreativdir. Biz də eyni dərəcədə yaradıcı davranmalıyıq", - deyə o, AB ölkələrinin xarici işlər nazirlərinin görüşünün ardınca keçirilən mətbuat konfransında bildirib.

"Biz AB ölkələri və Avropa Komissiyası ilə “kölgə donanması”na qarşı daha tez sanksiyaların tətbiq edilməsi imkanlarını müzakirə edirik. Əksər nazirlər bu yanaşma ilə razıdırlar. AB növbəti sanksiya mərhələsini gözləmədən daha tez sanksiyalar tətbiq etməlidir. Biz bunun üzərində işləməyə davam edəcəyik", - deyə Kallas vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər