Rusiya XİN:
Dünya
203
19:58, Bu gün

Rusiya XİN: "Zelenski ilə Makron arasında hərbi yardımla bağlı razılaşmanı tarixin ən böyük fırıldağıdır"

Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya hərbi yardımla bağlı razılaşmalar müasir tarixin ən böyük fırıldağından başqa bir şey deyil.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, 17 noyabrda Emmanuel Makron və Volodimir Zelenski Paris regionundakı Villakuble hava bazasında Kiyevə hərbi yardımla, Ukrayna ordusuna Fransa istehsalı olan 100 ədəd “Rafale” qırıcı təyyarəsi tədarük edilməsi ilə bağlı razılaşma imzalayıblar.

"Zelenski sənədi tarixi adlandırmaqda tələsib. Düşünürəm ki, prinsipcə qismən haqlıdır. Mənim fikrimcə, bu, tarixdə qalacaq bir sənəddir. Bunu hətta razılaşma da adlandırmaq olmaz. Görünür, qarşıdan müasir tarixin ən böyük fırıldağından biri gəlir. Kiyev rejiminin 20 milyard avro dəyərində ola biləcək belə böyük alış üçün pulu yoxdur, necə ki, Parisin iddia etdiyi həcmdə texnikası yoxdur. Beləliklə, bu, maraqlı virtual sövdələşmədir. Birinin pulu, digərinin malı yoxdur, amma gələcək üçün nəsə barədə razılığa gəliblər", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Link kopyalandı!
Son xəbərlər