"Ukrayna Ternopolda baş verən kütləvi fəlakətdən sonra BMT Təhlükəsizlik Şurasına müraciət edir..."
Ternopolda Rusiya zərbələri nəticəsində ölənlərin sayı 25-ə, yaralananların sayı isə 73-ə çatıb, onlardan 15-i azyaşlıdır.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Ternopolda dağıntı və diplomatik cavab
Məlumatda deyilir ki, İki çoxmərtəbəli bina dağılıb, birində 3-cü mərtəbədən 9-cu mərtəbəyə qədər altı qat çökmə qeydə alınıb. Hərbi hava komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, binaya Х-101 raketi dəyib.
Hazırda 160-dan çox xilasedici, xüsusi təyinatlılar, xidmət itləri və texnika işə cəlb olunub. Şəhərdə psixoloji yardım mərkəzləri açılıb. Ternopol meri Sergey Nadal 19-21 noyabrı matəm günləri elan edib.
Xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev hadisəni BMT Təhlükəsizlik Şurasına çıxarır: "Biz beynəlxalq icmadan qətliamın qınanmasını və ədaləti tələb edirik". Sibiqa həmçinin səfirliklərə bayraqları endirmək və matəm kitabları açmaq göstərişi verib, HHM sistemlərinin təcili verilməsini tələb edib.
Rusiyanın neft infrastrukturu hədəfdə
Eyni vaxtda Ukrayna ordusu Ryazan və İlsk neft emalı zavodlarına zərbələr endirib. Ryazan zavodu 8-ci dəfə vurulub, ikincil emal bloklarında yanğın başlayıb. Zavod ildə 17, 1 milyon ton neft, o cümlədən 840 min ton aviasiya yanacağı istehsal edir. İlsk zavodu da vurulub, ildə 6 milyon tondan çox neft emal edir və Krasnodar regionunda mühüm sənaye obyektidir. Robert Brovdi (Madjar) bildirib: "Rusiyanın bataqlığında benzin yenə deficitə çevrilir, neft və qaz isə çox tez yanır".
Strategiyanın dərinləşməsi
Analitiklər qeyd edir ki, ardıcıl hücumlar Ukraynanın strategiyasının dəyişdiyini göstərir: artıq hədəflər hərbi bazalarla yanaşı, Rusiyanın yanacaq və logistika infrastrukturudur. Ryazan zavodunun əsas bloklarının fəaliyyəti dayandırılıb, bu da Rusiya yanacaq bazarına və ordunun təminatına təzyiq yaradır. Ukraynadakı faciə, diplomatik təzyiq və Rusiyaya strateji zərbələr - bütün bunlar müharibənin daha sərt, texnoloji və emosional mərhələyə keçdiyini göstərir.