20:21
15°C
Bakı
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərə gedib.
Moderator.az xəbər verir ki, Paşinyanı Astanada hava limanında Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.
Səfər çərçivəsində 21 noyabr tarixində iki ölkə rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlər zamanı iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.