ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, o zaman o elə bil Moskvada yazılıb.
Moderator.az xəbər verir ki, bu fikri Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen “Yle”yə bildirib.
Nazir ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi iddia edilən sülh planının Qərb KİV-də təqdim olunan müddəalarını sərt şəkildə tənqid edib.
Elina Valtonen qeyd edib ki, əgər ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, bu cür şərtlər Ukrayna və onun Avropadakı tərəfdaşları üçün qəbuledilməzdir.
“Bu plan sanki Moskvada yazılıb. Onlar BMT Nizamnaməsini açıq şəkildə kənara atır”, — Valtonen vurğulayıb.
“Biz Ukraynada ədalətli və davamlı sülh istəyirik və artıq dörd ildir bu məqsədə nail olmaq üçün çalışırıq”, — o əlavə edib.