20:09
15°C
Bakı
Polşa, ABŞ və NATO-nun təşəbbüsü olan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List - PURL) proqramı çərçivəsində Ukraynaya hərbi yardım və ABŞ silahlarının alınması üçün 100 milyon dollar ayıracaq.
Moderator.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, vəsait 2025-ci ilin sonunadək ayrılacaq və Ukraynanın Amerika silahlarını əldə etməsini maliyyələşdirəcək.
Sikorski həmçinin ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün təqdim etdiyi “sülh planına” münasibət bildirib. O qeyd edib ki, Avropa qərarların qəbulunda iştirak etməlidir.