Dünya
203
16:10, Bu gün

"Meta"nın süni intellekt sahəsində əsas alimi şirkəti tərk edir

ABŞ-nin "Meta" şirkətinin süni intellekt (Sİ) sahəsində baş elmi işçisi Yan Lekun ilin sonunda şirkəti tərk edəcək.

Moderator.az xəbər verir ki, bu barədə alim "LinkedIn" sosial şəbəkəsindəki profilində yazıb.

Onun paylaşımında deyilir ki, "Meta" ilə əməkdaşlığa köklənmiş və Sİ sahəsində yeni böyük inqilaba hədəflənmiş startap açmaq niyyətindədir.

Onun sözlərinə görə, yeni şirkət diqqətini fiziki dünyanı anlayan, davamlı yaddaşa malik olan və hərəkətlərin mürəkkəb ardıcıllığını planlaşdıra bilən sistemlər üzərində cəmləşdirəcək. Bu qabaqcıl maşın intellektini bir çox sahələrdə, o cümlədən "Meta"nın kommersiya maraqları ilə kəsişən sahələrdə tətbiq etmək mümkün olacaq.

"Meta" Lekunun şirkətdən ayrılması haqqında məlumatı "The Wall Street Journal" nəşrinə təsdiq edib, lakin əlavə şərhlər verməkdən çəkinib.

Nəşr ötən həftə yazıb ki, Lekun şirkətdən ayrılmaq qərarını həmkarları və tərəfdaşları ilə müzakirə edib, yeni startap üçün mütəxəssislər cəlb edib və investorlarla əlaqə saxlayıb.

Link kopyalandı!
Son xəbərlər