Dünyada 417 milyon uşaq yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
Dünya
661
14:40, Bu gün

Dünyada 417 milyon uşaq yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bəyan edib ki, dünyada təxminən 417 milyon uşaq yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
 
Moderator.az xəbər verir ki, bu barədə qurumun illik hesabatında məlumat verilib.
 
Təhlillər göstərib ki, 118 milyon uşaq üç və ya daha çox, 17 milyon uşaq isə dörd və ya daha çox məhrumiyyətlə üzləşir.
 
Məlumata görə, təhlükəsiz içməli suya çıxışın olmaması, profilaktik tibbi xidmət və təhsillə bağlı problemlər bütün dünyada milyonlarla uşağı yoxsulluğa sürükləyir. Bu o deməkdir ki, aşağı və orta gəlirli ölkələrdə hər beş uşaqdan biri əlverişsiz şəraitdə yaşayır.
 
Uşaqlar arasında yoxsulluğun ən yüksək göstəriciləri Cənub-şərqi Afrika və Cənubi Asiyadadır.
 
Hesabatda bildirilir ki, aşağı və orta gəlirli ölkələrdə bir və ya daha çox ağır məhrumiyyətlərlə üzləşən uşaqların nisbəti 2013-cü ildəki 51 faizdən 2023-cü ildə 41 faizə enib. Bunun əsas səbəbi kimi uşaq hüquqlarının prioritetləşdirilməsi göstərilib.
Link kopyalandı!
Son xəbərlər