03:10
15°C
Bakı
Vaşinqton Ukraynadakı döyüşlərin dayandırılması üçün Rusiya ilə böyük bir anlaşma üzərində işləyir. Münaqişə tərəfləri ayın sonuna qədər müqavilə barədə razılığa gələ bilərlər.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilir ki, münaqişənin sonlandırılması üçün çərçivə sazişi bu ayın sonunadək, bəlkə də bu həftə ərzində razılaşdırılacaq.
İddialara görə, Tramp administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni bir plan hazırlamaq məqsədilə Rusiya ilə gizli məsləhətləşmələr aparır.
ABŞ-nin planı 28 bənddən ibarətdir və Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ-yə səfəri zamanı müzakirə olunub. Lakin Kreml Ukraynada yeni atəşkəs planı hazırladığını təkzib edib.