Dünya
211
19 Nov 2025 | 23:50

"Amiotrofik Lateral Sklerozun müalicəsində yeni ümid işığı" - İsrail alimlərindən inanılmaz kəşf

"İsrail alimləri ALS-ə qarşı böyük kəşf edib: Neyronlar yenidən bərpa oluna bilər..."

ALS və onun ağır nəticələri

"Nature Neuroscience" jurnalının yazdığına görə, Amiotropik Lateral Skleroz (АLS) mərkəzi sinir sisteminin degenerativ xəstəliyi olub, həm yuxarı, həm də aşağı motor neyronlarını tədricən zədələyir. Xəstəlik irəlilədikcə əzələlər iflic olur, nitq və udma bacarığı itir, son mərhələdə isə nəfəs alma qabiliyyəti pozulur.

İlk simptomlar adətən 20-35 yaş arasında ortaya çıxır və əzələ zəifliyi, Babinski refleksi kimi əlamətlərlə müşayiət olunur. Ümumiyyətlə, diaqnoz qoyulduqdan 3-5 il ərzində xəstəliyin gedişi ölümə gətirib çıxarır. Xəstəliyə məşhur fizik Stiven Hokinq də tutulmuşdu.

Yeni kəşf və onun əhəmiyyəti

Təl-Əviv Universitetinin (TƏU) tədqiqatçıları ALS xəstəliyində motor neyronlarının məhvinin səbəbini müəyyən edib  Məlum olub ki, xəstələrin əzələ hüceyrələri toksinlər ifraz edir və bu, neyronlarla əzələ hüceyrələri arasındakı əlaqəni pozur.

Alimlər microRNA-126 molekulunun bu toksinlərin təsirini blok edə bildiyini aşkarlayıb. Təcrübələr göstərib ki, bu molekulun heyvan modellərinə tətbiqi neyronların bərpasına kömək edir və heyvanların hərəkət qabiliyyətini yaxşılaşdırır. Həmçinin, insan toxumaları üzərində aparılan laborator tədqiqatlar eyni nəticəni göstərib.

Molekulyar mexanizm və terapiya perspektivləri

ALS TDP-43 adlı zəhərli protein aqreqatları sinir uclarında yığılır və mitoxondrilərin funksiyasını pozur, nəticədə neyronlar məhv olur. Normal şəraitdə əzələ hüceyrələri microRNA-126 vasitəsilə bu proteinlərin həddindən artıq yığılmasını əngəlləyir. Xəstəlikdə isə microRNA-126 səviyyəsi azalır, TDP-43 isə toksik yığılmalar əmələ gətirir.

Tədqiqatçılar microRNA-126 səviyyəsini süni artıraraq neyronların məhv olmasının qarşısını alıb və hətta onların yenidən bərpasını təmin ediblər. Bu kəşf gələcəkdə gen terapiyası və molekulyar dərmanların hazırlanması üçün əsas yaradır və ALS-dən başqa Parkinson və Altsheymer kimi digər nevroloji xəstəliklərin müalicəsində də perspektiv açır.

Tədqiqatın əhatəsi və beynəlxalq əməkdaşlıq

Tədqiqat TƏU-nun "Saqol" Neyroelmlər Məktəbi, "Şiba"Tibb Mərkəzi, Veytsman İnstitutu, Ben Qurion Universiteti və Fransa, Türkiyə, İtaliya mərkəzləri ilə birgə həyata keçirilib. Nəticələr "Nature Neuroscience" jurnalında dərc olunub. Alimlər qeyd edir ki, klinik sınaqlara qədər hələ uzun yol qət olunmalıdır, amma nəticələr ALS xəstələrinin həyatına yeni ümid gətirir və bu xəstəliklə bağlı tədqiqatlarda dönüş nöqtəsi hesab olunur.

Link kopyalandı!
Son xəbərlər