BMT Olimpiya barışığı haqqında qətnamə qəbul edib
Dünya
250
19 Nov 2025 | 23:40

BMT Olimpiya barışığı haqqında qətnamə qəbul edib

BMT Baş Assambleyası 2026-cı ildə Milanda və Kortina d'Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunları zamanı Olimpiya barışığına çağıran qətnamə qəbul edib.

Moderator.az xəbər verir ki, "İdman və Olimpiya idealı vasitəsilə sülh və daha xoşbəxt dünya qurmaq" adlı qətnamə layihəsi konsensusla qəbul edilib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri səsvermədən əvvəl deyib: "İdmanla siyasəti bir-birindən ayırmaq üçün birlikdə çalışmalıyıq. Bu o deməkdir ki, idmançılar vizalarına siyasi səbəblərdən imtina edildiyi üçün geridə qalmaq təhlükəsi ilə üzləşməkdənsə, ev sahibliyi edən ölkələrə səyahət edə və yarışa bilməlidirlər".

Sənəd doqquz bənddən ibarətdir ki, bunlardan birincisi Olimpiadanın başlamasına yeddi gün qalmış başlayan və Paralimpiya Oyunlarının bağlanmasından yeddi gün sonra başa çatan müddət ərzində barışığa riayət olunmasını, habelə idmançıların, rəsmi şəxslərin və bütün digər akkreditə olunmuş şəxslərin təhlükəsiz keçidinin, girişinin və iştirakının təmin edilməsini tələb edir.

Link kopyalandı!
Son xəbərlər