ABŞ-ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir
Dünya
285
19 Nov 2025 | 23:00

ABŞ-ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü plan ölkədə rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.

Moderator.az xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.

Sənəd həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsini nəzərdə tutur.

Nəşrin məlumatına görə, ABŞ-ın planında Kiyevə hərbi yardımın azaldılması da var.

“Ən önəmlisi odur ki, plan Ukraynanın əsas silah növlərindən imtina etməsini və ABŞ-ın hərbi yardımının azaldılmasını nəzərdə tutur”, - məlumatda deyilir.

Link kopyalandı!
Son xəbərlər