Qırğızıstan və Çin XİN-ləri 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar
Dünya
122
20:30, Bu gün

Qırğızıstan və Çin XİN-ləri 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar

Qırğızıstan və Çin xarici işlər nazirlikləri 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar.

Moderator.az məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Rəsmi səfərlə Qırğızıstanda olan Çinin xarici işlər naziri Van İ qırğız həmkarı Jeenbek Kulubayevlə Strateji dialoqun ilk iclasını keçiriblər. Nazirlər ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə edərək, son illərdə Qırğızıstan-Çin əməkdaşlığının əhəmiyyətli dərəcədə fəallaşdığını vurğulayıblar.

Danışıqlarda xüsusilə ticarət, iqtisadi əməkdaşlıq və kənd təsərrüfatı, energetika, emal sənayesi, nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi, həmçinin sərhəd-keçid məntəqələrinin işinin optimallaşdırılması məsələlərinə diqqət yetirilib. Bununla yanaşı, "Çin–Qırğızıstan–Özbəkistan" dəmir yolunun tikintisi müzakirə olunub.

Nazirlər, həmçinin BMT çərçivəsində əməkdaşlıq, "Bir kəmər, bir yol" təşəbbüsü və "Mərkəzi Asiya–Çin" formatı üzrə fikir mübadiləsi aparıblar. Çin tərəfi Qırğızıstanı 2025–2026-cı illərdə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik dövründə fəal şəkildə dəstəkləməyə hazır olduğunu bildirib.

Danışıqların yekununda tərəflər Strateji dialoqun ilk iclasının nəticələri üzrə Birgə bəyanat və 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər