21:19
17°C
Bakı
ABŞ kibercinayətkarlıqla mübarizə çərçivəsində 5 Rusiya vətəndaşına və onlarla əlaqəli olduğu iddia edilən 7 şirkətə qarşı sanksiya tətbiq edib.
Moderator.az xəbər verir ki, müvafiq məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin saytında yer alıb.
Məlumata görə, sanksiya siyahısına Rusiya vətəndaşları Aleksandr Volosovik, İlya Zakirov, Kirill Zatolokin, Maksim Makarov və Yuliya Pankova daxildir.
Bundan əlavə, həmin şəxslərlə əlaqəli olan və Rusiya, Böyük Britaniya, Serbiya və Özbəkistanda yerləşən yeddi şirkət də sanksiyaya məruz qalıb.