21:35
17°C
Bakı
Çin ardıcıl üçüncü ildir dünyanın ən böyük avtomobil ixracatçısı statusunu qoruyub saxlayır.
Moderator.az "Yicai" nəşrinə istinadən xəbər verir ki, 1980-ci ildən bəri Yaponiya ən böyük avtomobil ixracatçısı olub. Çin 2023-cü ilin sonunda bu göstəricilərdə yaponları ötüb. Bu ilin ilk üç rübündə Çində avtomobil ixracı 4.95 milyon, Yaponiyadan isə 3.06 milyon ədəd olub.
Elektrik avtomobillərinin ixracı artımın əsas səbəbidir. Çində keçən il orta aylıq elektrik avtomobili ixracı təxminən 100 min ədəd idisə, bu il 200 minə çatıb.
Avropada da Çin istehsalı olan avtomobillərin satışında əhəmiyyətli artım qeydə alınıb. Bu il Avropa ölkələri təxminən 430 min yeni Çin avtomobili alıb ki, bu da illik müqayisədə 74 faiz artım deməkdir.