Ukraynaya hücum edən Rusiya dronu Moldova hava məkanını pozub
Dünya
183
18:37, Bu gün

Ukraynaya hücum edən Rusiya dronu Moldova hava məkanını pozub

Moldova 19 noyabr gecəsi öz hava məkanına daxil olmuş naməlum pilotsuz uçuş aparatına görə Rusiyanın səfirini sabah Xarici İşlər Nazirliyinə çağıracaq.

Moderator.az xəbər verir ki, bu haqda Moldova Xarici İşlər Nazirliyindən məlumat verilib.

Moldovanın xarici işlər naziri Mihai Popşoi “X” platformasında sərhəd pozulmasını pislədiklərini qeyd edib.

“Biz dünən gecə Seiti, Ştefan Voda istiqamətində baş vermiş qanunsuz dron uçuşunu qəti şəkildə pisləyirik. Bu, Moldovanın suverenliyinin ciddi şəkildə pozulması və regional təhlükəsizlik üçün təhdiddir. Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq qəti etirazımızı bildirəcək və suverenliyimizə tam hörmət göstərilməsini tələb edəcək”, - o qeyd edib.

Bildirilir ki, hadisə Ukraynanın Lesnoye və Moldovanın Seiti kəndləri arasında, təxminən 100 metr yüksəklikdə baş verib.

Moldova Müdafiə Nazirliyi hadisəni Ukrayna və Rumıniya ilə məlumat mübadiləsinə əsaslanaraq təsdiqləyib. Moldova Xarici İşlər Nazirliyi Rusiya tərəfini suverenliyə hörmətsizlikdə ittiham edib və bildirib ki, Rusiya səfiri Oleq Ozerov 20 noyabrda nazirliyə çağırılaraq qətiyyətli etiraz bildiriləcək.

Qeyd olunub ki, dron vizual olaraq müşahidə edilsə də, aşağı uçuş hündürlüyü səbəbindən monitorinq sistemləri tərəfindən qeydə alınmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər