Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill "öldürmə" ehkamının mənasını müharibə şərtlərində izah edərək bildirib ki, düşmən dinc sakinlərin, xüsusən də qocaların və uşaqların həyatını təhdid etdiyi zaman fəaliyyətsizlik yolverilməz haldır.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "RIA Novosti" yayıb.
Patriarxın sözlərinə görə, vətənini müdafiə edən və həmvətənlərinin həyatını qoruyan əsgər Tanrının ehkamlarını yerinə yetirir. Rus Pravoslav Kilsəsi (RPK) bildirir ki, pravoslav ənənəsində hərbi və mənəvi hünər bərabər və bir-birinin ayrılmaz anlayışlardır.
Patriarx Kirill diqqəti belə bir amilə cəlb edib ki, "ədalətli müharibə" anlayışı RPK-nın sosial prinsiplərində öz əksini tapıb. Həmin prinsiplərə görə, əgər mübarizə yaxınlarını qorumaq və ədaləti bərpa etmək üçün vacibdirsə, onda mənəvi cəhətdən əsaslandırılmış olur. Aleksandr Nevski və knyaz Dmitri Donskoy kimi tarixi şəxsiyyətlər, həmçinin patriarxlar Germoqen və Sergi Staroqorodski bunu anlayırdılar.
Pravoslav kilsəsi öz davamçılarının silahlı münaqişələrdə iştirakına o halda icazə verir ki, bu, insanları qorumaq və ədaləti qaytarmaq üçün vacib olur. Patriarx Kirill kilsənin hərbiçilərin ehtiyaclarına xüsusi diqqət yetirdiyini qeyd edərək Böyük Vətən müharibəsini əsgərlərin uzunmüddətli sülh dövrünə gətirib çıxaran və çoxlu sayda həyatı xilas edən fədakarlığına örnək gətirib.
"Hərbi və mənəvi fədakarlıq nəinki yanaşıdır, onlar bərabər, bir-birindən ayrılmaz anlayışlardır... Onda opponentlərimiz bizə sual verəcəklər: "Bəs "öldürmə" ehkamı necə olsun? Bunun sadə və aydın cavabı var. Şər insanların həyatını alanda, düşmən qocaları, uşaqları, qadınları təhdid edəndə, məhz fəaliyyətsizlik yolverilməz hala çevrilir. Belə olan halda şərə qarşı mübarizə aparmamaq məhz qatillərin əlaltısı olmaq deməkdir.
İncildə (Matfeyə görə İncil 5:38-41) "Gözə göz, dişə diş" deyildiyini eşitmisiniz.
Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.
Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get", - deyə patriarx bildirib.