İranda yeni qaz yatağı kəşf edilib
Dünya
379
18:25, Bu gün

İranda yeni qaz yatağı kəşf edilib

İranın şimal-şərqində yeni qaz yatağı aşkar edilib. Bu, həmin ərazinin gündəlik qaz təchizatını üç milyon kubmetr artırmağa imkan verəcək.

Moderator.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Haşeminejad adına qaz emalı müəssisəsinin icraçı direktoru Yəhya Feyzi məlumat verib.

"Tus" adlı yeni qaz yatağı "Hanqiran" yatağından 40 kilometr məsafədə yerləşir. O, İranın şimal-şərq bölgələrinin gündəlik qaz təchizatını üç milyon kubmetr artıracaq", - deyə Feyzi bildirib.

İranın neft naziri Möhsün Paknejad oktyabrda bildirib ki, İranın cənubunda, Fars əyalətində "Pazan" yatağı ərazisində 283 milyard kubmetr həcmində böyük qaz yataqları aşkar edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər