Rusiya ordusunun bu gecə Ukraynanın qərb bölgələrinə onlarla insanın ölümü ilə nəticələnən raket və dron hücumu zamanı NATO döyüş təyyarələrini Polşa və Rumıniyada havaya qaldırıb.
Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Rumıniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya dronu bu hücum zamanı ölkənin hava məkanına daxil olub.
Nazirlikdən bildirilib ki, dron aşkar edildikdən sonra NATO-nun hava donanmasına aid iki “Eurofighter” və sonradan iki Rumıniya aid F-16 döyüş təyyarəsi havaya qaldırılıb.
Polşa isə bu gün səhər öz hava məkanını qorumaq üçün NATO və özünün döyüş təyyarələrini havaya qaldırıb.