ABŞ-nin Venesuela ilə apardığı qeyri-rəsmi danışıqlarda bu Latın Amerikası ölkəsinin Prezidenti Nikolas Maduro iki və ya üç il ərzində istefaya getməyə razı olub.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Məlumatlı mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp qeyri-rəsmi danışıqların aparılmasını dəstəkləyib. Danışıqların müəyyən mərhələsində Maduro vəzifədən getməyə razılaşıb, lakin bunun iki-üç il müddətinə təxirə salınmasını istəyib. Ağ Ev təklifi rədd edib.
Mənbələrin sözlərinə görə, "Venesuela məmurları ABŞ tərəfinə bildiriblər ki, Maduro 2-3 illik keçid dövründən sonra vəzifədən getməyə hazır ola bilərdi. Maduronun hakimiyyəti təhvil verməsinin hər hansı şəkildə təxirə salınması Ağ Ev üçün qəbuledilməzdir".
Bununla belə, nəşr yazır ki, vəziyyətin çıxılmaz təsiri bağışlamasına baxmayaraq, qeyri-rəsmi danışıqlar göstərir ki, problemin diplomatik yolla həlli hələ də mümkündür.
Bildirilir ki, Trampın nəyə üstünlük verəcəyi - diplomatik sazişə razılaşacağı, ya ABŞ şirkətlərinə Venesuelanın neft ehtiyatlarına çıxışı təmin edəcəyi, yaxud da Maduronu məcburi şəkildə vəzifədən uzaqlaşdıracağı hələlik aydın deyil.