Ukraynada korrupsiya skandalına görə iki nazir vəzifəsindən azad edilib
Dünya
243
17:00, Bu gün

Ukraynada korrupsiya skandalına görə iki nazir vəzifəsindən azad edilib

Ukrayna Ali Radası noyabrın 19-da Svetlana Qrinçukun energetika naziri vəzifəsindən azad olunmasını təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə “UNİAN“ məlumat yayıb.

Məlumata görə, qərarı 315 deputat dəstəkləyib.

Qrinçuk 12 noyabrda energetika sahəsində yaranmış korrupsiya qalmaqalı fonunda istefa ərizəsi təqdim edib. O, fəaliyyətində hər hansı qanun pozuntusunun olmadığını bildirib.

Bundan əvvəl Ali Rada ədliyyə naziri Qerman Qaluşenkonun vəzifədən azad edilməsini də təsdiqləyib. Qərarı 323 deputat dəstəkləyib.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu energetika sektorunda genişmiqyaslı korrupsiya sxemini ifşa edib. İstintaq “Enerqoatom” da daxil olmaqla, strateji dövlət müəssisələrinə təsir göstərən mütəşəkkil qruplaşmanın mövcudluğunu müəyyən edib.

Sxemdə biznesmen Timur Mindıç, ədliyyə naziri və sabiq energetika naziri Qerman Qaluşenko, “Enerqoatom”un təhlükəsizlik üzrə direktoru Dmitri Basov və digər vəzifəli şəxslərin adı keçir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər