Dünya
188
16:50, Bu gün

"LUKOIL"un törəmə şirkəti "TEBOIL" fəaliyyətini dayandırır

Rusiyanın "LUKOIL" şirkətinin Finlandiyadakı törəmə şirkəti "TEBOIL" mərhələli şəkildə fəaliyyətini dayandıracağını elan edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb.

"Şirkət öz fəaliyyətinə xitam verməyə hazırlaşır", - deyə məlumatda bildirilib.

Bildirilib ki, "TEBOIL" yanacaqdoldurma məntəqələri tədricən, yanacaq ehtiyatı satıldıqca bağlanacaq. Yanacaq üçün nağd ödəniş oktyabrın sonunda dayandırılıb.

"TEBOIL" 1934-cü ildə yaradılıb. 2005-ci ildən şirkətin sahibi "LUKOIL"dur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər