Rusiyanın ən böyük hava limanlarında miqrantlara nəzarət gücləndirildi
Dünya
142
16:30, Bu gün

Rusiyanın ən böyük hava limanlarında miqrantlara nəzarət gücləndirildi

Rusiyanın ən böyük aeroportlarında ilk 12 miqrasiyaya nəzarət məntəqəsi fəaliyyətə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk özünün "Telegram" kanalında bildirib.

"İlk 12 miqrasiyaya nəzarət məntəqəsi ölkənin ən böyük hava limanlarının ərazisində fəaliyyətə başlayıb. Bunların arasında Moskva, Sankt-Peterburq, Soçi, Kazan, Novosibirsk, Krasnoyarsk, Yekaterinburq və digər şəhərlərin aeroportları var", - deyə o qeyd edib.

Gələcəkdə belə bölmələr sərhədyanı dəmir yolu stansiyalarında, habelə avtomobil və su keçid məntəqələrinin yaxınlığında yaradılacaq. Volk vurğulayıb ki, yeni məntəqələrin əsas vəzifəsi miqrasiya qanunvericiliyini pozan xarici vətəndaşları üzə çıxarmaqdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər