Amerikalı məşhur sahibkar İlon Mask hər il ABŞ-nin bütün ibtidai sinif müəllimlərinin toplamından daha çox qazanacaq.
Moderator.az xəbər verir ki, "The Washington Post"un hesablamalarından sonra belə nəticə ortaya çıxıb.
Nəşrin məlumatına görə, Mask yaxın 10 il ərzində bir trilyon dollar qazanacaq ki, bu da orta hesabla illik 100 milyard dollar gəlirə bərabərdir. Bu məbləğ ABŞ-də 2024-cü ilin statistikasına görə, 97 milyard dollar qazanacaq olan bütün 1.4 milyonluq ibtidai sinif müəllimlərinin ümumi gəlirindən çoxdur.
Bundan əlavə, qəzet ölkədəki 917 min insan resursları mütəxəssisinin hamısının keçən il Maskın qazancından təxminən 27 milyard dollar az gəlirlə sahib olduğunu hesablayıb.
Bildirilir ki, təxminən 3.2 milyon amerikalı kassirlərin illik gəliri Maskın həmin müddət üçün qazancına uyğun gəlir.