Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri, deputat Taron Markaryandan 5.2 milyon dollar məbləğində vəsaitin müsadirəsini tələb edir.
Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
"Baş Prokurorluq qanunsuz aktivlərin müsadirə edilməsi ilə bağlı məhkəmə işi çərçivəsində keçmiş merdən və onunla əlaqəli şəxslərdən 2 milyard dram (5.2 milyon dollar) dəyərində daşınmaz əmlakın və nağd pulun alınmasını tələb edir. Markaryanın əmlakına həbs qoyulub", - deyə prokurorluqdan bildirilib.
Xəbərdə bildirilir ki, sentyabrın 8-də Markaryana qarşı cinayət işi üzrə materiallar məhkəməyə göndərilib. Markaryan və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş rəhbəri Arman Saakyan İrəvanda torpaqları qanunsuz mənimsəməkdə ittiham olunurlar. Onlar 2011-ci ildən 2018-ci qədər rəhbər vəzifələrdə olublar.