Polşa Rusiyanın sonuncu baş konsulluğunu bağladı
Dünya
406
13:28, Bu gün

Polşa Rusiyanın sonuncu baş konsulluğunu bağladı

Polşanın xarici işlər naziri Radoslav Sikorski elan edib ki, hazırda Rusiyanın Polşanın Qdansk şəhərində fəaliyyət göstərən sonuncu baş konsulluğunu bağlamaq qərarına gəlib.
 
Moderator.az xəbər verir ki, o, bunu Seymdə (Polşa parlamentinin aşağı palatası) çıxışı zamanı bəyan edib.
 
"Mən Rusiya Federasiyasının Qdanskdakı baş konsulluğunun fəaliyyəti üçün icazəni geri çəkmək qərarına gəldim", - deyə o bildirib.
 
Nazirin çıxışı "TVP Info" telekanalı ilə yayımlanıb.
 
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində bildirib ki, Rusiya Qdanskdakı baş konsulluğunun bağlanmasına cavab olaraq, Polşanın RF-dəki diplomatik-konsulluq iştirakını məhdudlaşdıracaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər