Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək. Bu barədə Vladimir Zelenski özünün Teleqram kanalında məlumat yayıb. “Türkiyədə görüşlərimiz olacaq. Danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həll yolları hazırlamışıq. Ukraynanın əsas prioriteti müharibəyə son qoymaq üçün mümkün olan hər şeyi etməkdir. Həmçinin əsirlərin qaytarılmasını bərpa etmək üçün çalışırıq”, - Zelenski bildirib.
Rusiya ilə Ukrayna arasında danışıqlar masası yenidən Türkiyədə qurula bilərmi?
Moderator.az-a danışan politoloq Fəqani Məhərrəmli deyib ki, Rusiya və Ukrayna savaşı gözlənildiyindən çox uzun çəkdi və yaxın zaman kəsiyində bitəcəyi ilə bağlı heç bir əlamət də görünmür.Onun sözzlərinə görə, bu da bir həqiqətdir ki, bu savaş təkcə müharibə tərəflərini deyil, eləcə də bu savaşa müxtəlif resurslarla dəstək verən bir çox ölkələrin də sosial-siyasi və iqtisadi həyatında ciddi və geri dönməz izlər buraxır:
“Rusiyanın Ukraynaya təcavüzünün ilk aylarından Türkiyə dövləti müharibənin dayandırılması və münaqişənin diplomatik masada, danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edib.Hətta 2022-ci ildə "İstanbul danışıqları" formatında sülhün bir addımlığında olunduğu bir vaxtda Avropanın müdaxiləsi danışıqlar prossesin dalana girməsi ilə nəticələndi. Lakin Türkiyənin səyləri nəticəsində "taxıl koridoru", əsirlərin dəyişdirilməsi, sahibsiz uşaqların himayə edilməsi və s. ciddi məsələlər öz həllini tapdı. Yəni müharibənin başlamasından bu yana Türkiyə bu qanlı və acımasız savaşın bitməsi üçün əlindən gələn hər şeyi edir.
Bu prizmadan yanaşdıqda Ukrayna prezidenti V.Zelenskinin bu günlərdə Ankaraya edəcəyi səfər tarixi baxımdan çox önəmlidir. Bu səfər son bir il içində Ukrayna prezidentinin Türkiyəyə edəcəyi üçüncü gediş olacaq ki, bu da regionda Türkiyənin nə qədər önəmli bir ölkə olduğunu açıqca ortaya qoyur.Ərdoğan-Zelenski görüşündə ABŞ Prezidentinin xüsusi elçisi Uitkofun iştirak edəcəyi barədə xəbərlər də bu görüşdə əhəmiyyətli məsələrin müzakirə ediləcəyini və ciddi qərarların qəbul ediləcəyini göstərir”.
Mehin Mehmanqızı