Zelenski Türkiyəyə getdi
Dünya
497
11:04, Bu gün

Zelenski Türkiyəyə getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərə gedib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
 
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. İkitərəfli danışıqların Bakı vaxtı ilə saat 17:05-də Ankaradakı prezident kompleksində başlayacağı açıqlanıb. Qrafikə əsasən, danışıqlar 55 dəqiqə davam edəcək, bundan sonra tərəflər işçi nahar edəcəklər. Saat 19:00 radələrində mətbuat konfransı planlaşdırılır.
 
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran dünən bildirib ki, Zelenski ilə təmasları zamanı ikitərəfli, Rusiya-Ukrayna münaqişəsi, atəşkəsin təmin olunması və uzunmüddətli həllə nail olmaqla bağlı məsələlər və İstanbul prosesi müzakirə olunacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər