MAQATE-yə İranın nüvə sənayesinə dair qətnamə təqdim olundu
Dünya
193
09:33, Bu gün

MAQATE-yə İranın nüvə sənayesinə dair qətnamə təqdim olundu

Böyük Britaniya, Almaniya, Fransa və ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinə İranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına giriş tələb edən qətnamə layihəsi təqdim ediblər.
 
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, layihənin bu gün qəbul ediləcəyi gözlənilir.
 
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə müvafiq infrastruktura hücumlar səbəbindən uran zənginləşdirilməsinin aparılmadığını bildirmişdi.
 
Noyabrın 13-də Kanadanın Ontario əyalətində keçirilən görüşdən sonra G7 üzv ölkələri İranın nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlara keçməli olduğunu bildirən birgə bəyanat qəbul ediblər.
 
Link kopyalandı!
Son xəbərlər